A.Prost: Peresin çempionluq şansı yoxdur

Mövsümün ilk yeddi yarışından sonra Serxio Peres sürücülər çempionatında Maks Ferstappendən 53 xal geri qalır.

F-1.az xəbər verir ki, sabiq dördqat dünya çempionu Prost meksikalı sürücünün çempionluq missiyasının uğurla nəticələnəcəyinə ehtimal vermir.

Maks Ferstappen: “Sürücünün vəzifəsi istər maşının parametrlərinin seçimi, istərsə də komandanın rəğbəti olsun – həmişə tərəzini öz xeyrinə çevirməkdir. Lakin Peres buna nail ola bilməyib. O, Maks Ferstappeni öz qabiliyyətlərinə şübhə ilə yanaşmağa məcbur etməli və Red Bull-un partnyoru haqqında fikirlərini dəyişdirməlidir.

Bildiyimiz kimi, Peres demək olar ki, mümkün olmayan bir missiyada uğur qazanmağa çalışır. İlk növbədə o, Maksı məğlub etmək arzusunu ucadan bəyan etməyi dayandırmalıdır. Serxionun ətrafındakı mühit də ona kömək etmir. Bir ay əvvəl oxudum ki, atası jurnalistlərə müsahibəsində oğlunun Maksla mübarizəsini mənim Ayrton Sennayla olan qarşıdurmamız ilə müqayisə edib. Bu cür bəyanatlar mənasızdır və əks nəticə verir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*