12 iyun: FİA siyahısının 4 variantı…

Cümə günü, iyunun 12-də FİA gələn ilin dünya çempionatında iştirak edəcək 13 komandanın siyahısını dərc edəcək, dörd variant mümkündür… 1. […]

Cümə günü, iyunun 12-də FİA gələn ilin dünya çempionatında iştirak edəcək 13 komandanın siyahısını dərc edəcək, dörd variant mümkündür…

1. Hazırkı komandalardan şərtsiz ərizə verən iki komanda – Williams və Force İndia siyahıda olacaq, onlara 11 yeni komanda qoşulacaq. Şərtlə verilən ərizələr rədd ediləcək.

2. Williams, Force İndia, Brawn GP, Red Bull və Toro Rosso siyahıda olacaqlar, bir şərtlə ki, son üç komanda iyunun 12-nə kimi şərtsiz ərizə verəcəklər, amma bunun ehtimalı çox azdır – Ross Braun İstanbulda FOTA-ya sadiqliyini təsdiq etmişdi. FOTA-nın şərtli ərizələri rədd ediləcək.

3. Siyahıya hazırda FİA ilə 2012-ci ilə qədər çempionatda iştirakı barədə müqaviləsi olan bütün komandalar daxil ediləcək, yerdə qalan vakansiyaları yeni komandalar dolduracaq.

4. Mosli FOTA-nın tələblərinə razı olaraq gələn ilin reqlamentinə düzəlişlər edəcək. Bu halda hazırkı komandaların hamısı qalacaq və onlara 3 yeni komanda qoşulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*