R.Qrojan mövsümə hazır deyil?

Haas komandasının sürücüsü Roman Qrojan yeni bolidi az sürdüyü üçün yeni mövsümə tam hazır olmadığını bildirib.

F-1.az xatırladır ki, Qrojan keçən il mövsümün ilk yarışında 6-cı, ikinci yarışında isə 5-ci olmuşdu.

Roman Qrojan: “Keçənilki ilk qış testimizlə aradakı fərqi gördüm. Komanda hazırdır. Hamı öz işini bilir. Gözlənildiyi kimi kiçik problemlərimiz oldu, amma hər şey həll olundu.

Hər şey yaxşı idi. Bolidi sadəcə 4 gün sürərək, yarışa hazırlaşmaq olmaz. Amma bu vəziyyət hamı üçün eynidir. Bolidlərdəki yüklənməyə görə özümü pis hiss etmədim. Amma onu deyim ki, əgər keçənilki fiziki hazırlığımla sürsəydim, məhv olardım. Bolidi son həddə qədər sürdük. Düşündüyümüz kimi çətin deyildi.

Bolidlər artıq daha rəqabətədavamlıdırlar. Buna görə də əfsanəvi yarışlar olacaq. Xüsusən də, isti və sürətli traslarda bədənimiz çox yorulacaq. Mübarizəni sevirəm. Həmişə hazır formada olmaq istəyirəm. Çünki yeni bolidləri sürmək daha çətindir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*