13 Noyabr 2019, Çərşənbə - 18:45

G.Ştayner: “Bakıya qədər çox iş görməliyik”

G.Ştayner: “Bakıya qədər çox iş görməliyik”

Müəllif: Rauf Hacıyev, redaktor

10:26 - 22 Aprel, 2019

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Bakı yarışından əvvəl görüləsi çox işləri var.

F-1.az xatırladır ki, amerikalılar mövsümün əvvəlində orta qrupun ən güclü komandası sayılsalar da, Bəhreyn və Çin-də yarış tempində uduzublar. Günter Ştayner isə problemin təkər temperaturundan qaynaqlandığını deyib: “Təkərləri qızdırdığımız zaman hər şey qaydasında olur. Bəhreyn yarışından sonra problemi tapdıq, amma hələ də həll edə bilməmişik. Həll yolu tapmalıyıq”.

Ştayner əlavə edib ki, Barselona və Avstraliya traslarının quruluşu və hava şəraitinə görə problemi Bəhreynə qədər hiss etməyiblər: “Bu, bəhanə deyil. Amma Bakı yarışına qədər həll yolu tapa bilməsək, məyus olacağıq. Problem bir neçə şeyin birlikdə işləməsindən əmələ gəlir. Əks halda düzəltmək asan olardı. Aerodinamik boruda işləməliyik və təkərləri işlətməyi öyrənməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 146
Teqlər ,
Paylaş

logo