Y.Trulli: “Mən komandaya ilk qələbə gətirməyi arzulayıram”

Keçən həftə mövsümöncəsi testlərin Barselona seriyasında Yarno Trulli və Timo Qlok 500 dövrədən çox məsafə qət ediblər – yeni Toyota […]

Keçən həftə mövsümöncəsi testlərin Barselona seriyasında Yarno Trulli və Timo Qlok 500 dövrədən çox məsafə qət ediblər – yeni Toyota TF109 sürətli və etibarlıdır, bu isə Melburndan əvvəl nikbinliyə əsas verir. Komanda mövsümün əvvəlində KERS-dən istifadə etməyi planlaşdırmır, lakin çempionatın rəsmi saytına müsahibəsində Trulli bildirib ki, TF109 Toyota-ya Formula1-də ilk qələbəni gətirə bilər…

Sual: Yarno, TF109 komandanın qurduğu ən yaxşı maşındır?
Yarno Trulli:
Testlər yaxşı keçdi, maşın rəqabətədavamlıdır – hələlik hər şey qaydasındadır. Mövsümöncəsi testlərdə maşın əvvəlkilərdən çox yaxşı görünür, ona görə də mən gələcəyə nikbinliklə baxıram.

Sual: Melburnda KERS-dən istifadə etməyi planlaşdıran sürücülər düyməni basmaqla effektliyin artmasını müsbət şərh edirlər. Siz bu barədə nə düşünürsünüz?
Yarno Trulli:
Mən hələ KERS-i test etməmişəm – biz ondan Avstraliyada istifadə etməyəcəyik və öz təəssüratlarımı ifadə edə bilmərəm.

Sual: Biz KERS-dən istifadə edənlərlə və etməyənlər arasında fərqi hiss edəcəyikmi?
Yarno Trulli:
Məncə, KERS-dən mövsümün əvvəlində istifadə etməməyi qərara alan komandalar obyektiv məlumatlara əsaslanıblar. Onlar hesab edirlər ki, maşın KERS-siz də sürətli olacaq, ona görə də mən problem gözləmirəm.

Sual: Çoxları hesab edir ki, bu mövsüm Toyota üçün uğurlu ola bilər…
Yarno Trulli:
Mən həqiqətən ümid edirəm ki, bu il biz uğur qazanacayıq, testlər də bundan xəbər verir. İldən ilə biz gərgin işləyirdik və vəziyyəti yaxşılığa doğru dəyişmişik, indi Toyota güclü komandadır. Keçən il biz irəliyə doğru böyük addım atdıq və bu uğuru bərkitməliyik. Mən bu il komandaya ilk qələbəni gətirməyi arzulayıram.

Sual: Keçən illərdə siz pressinqsiz işləyirdiniz, indi vəziyyət dəyişib. Komandada qalmaq üçün uğurlu çıxış nə dərəcədə vacibdir?
Yarno Trulli:
Mən bunu şərh edə bilmərəm, amma məlumdur ki, Toyota Formula1-ə qələbə qazanmağa gəlib. Mən hesab edirəm ki, uğur qazanmaq üçün komandanın kifayət qədər təcrübəsi, mütəxəssisləri və texnologiyaları var. Timo ilə bizi vacib mövsüm gözləyir, bizim hər ikimiz qələbə arzulayırıq. Bizim hamımız eyni istiqamətdə işləyirik, ümid edirəm ki, mövsüm yaxşı keçəcək.

Sual: Təkərlərdən razısınız?
Yarno Trulli:
Testlərdə hava şəraiti bizə çox mane oldu, hətta Bəhreyndə biz qum fırtınasına düşdük, amma hava düzələn kimi biz çox iş gördük – 3 gün ərzində mən 400 dövrəlik məsafə qət etdim. Bəhreyn testlərinin üstünlüyü ondadır ki, həmin vaxt hava Avropada olduğundan isti olur və mövsümün gedişində təkərlərin davranışını qiymətləndirməyə imkan verir. Bu həqiqətən çox vacibdir. Biz yeni təkərlərə öyrəşmək üçün çox iş görmüşük, hər şey alınıb, mən sliklərdən razıyam.

Sual: Keçən həftə Barselonada Melburn üçün sazlanmalarla işləyirdiniz?
Yarno Trulli:
Elə çox da sazlanmalarla deyil, əsasən aerodinamika ilə – komanda bir neçə yenilik hazırlamışdı və maşın Avstraliya konfiqurasiyasına uyğun idi.

Sual: Hazırda yeni xal sistemi müzakirə olunur, siz bu barədə nə düşünürsünüz?
Yarno Trulli:
Mən bununla razıyam. Həm də mən bu mövsümdə qələbə qazanmağı düşünürəm və çox xal toplamaq lazımdır.

Sual: Sizin TF109-la iş təcrübənizi nəzərə almaqla bu il nəyə ümid edirsiniz?
Yarno Trulli:
Mən Toyota üçün ilk qələbə uğrunda mübarizə aparacam və ümid edirəm ki, qələbə qazanacam. Keçən il komandanın uğurlarına əsaslanaraq biz bu il daha çox podium qazanmağa ümid edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*