Y.Trulli: “İlk üçlüyə ümid etmirdim”

Dünən Yarno Trulli maşının balansından və təkərlərin işləməsindən gileylənirdi, amma vəziyyət dəyişib – Toyota sürətini artırıb və bu gün italiyalı […]

Dünən Yarno Trulli maşının balansından və təkərlərin işləməsindən gileylənirdi, amma vəziyyət dəyişib – Toyota sürətini artırıb və bu gün italiyalı sürücü poul qazana bilərdi…

Yarno Trulli: “Mən ilk üçlüyə düşməyə ümid etmirdim. Trasda vəziyyət yaxşı deyildi, amma biz telemtriyanı diqqətlə təhlil etdik, yaxşı sazlanmalar və təkərlə iş qaydası tapdıq. Heyif ki, poul qazanamq üçün lap azca sürətim çatmadı, amma baxaq görək sabah vəziyyət necə olacaq. Mən gərgin mübarizəyə və yaxşı nəticəyə ümid edirəm.

Yarışın daha gec vaxtda başlaması üzündən yağış riski böyükdür, amma axşama doğru temperatur aşağı düşür və bu gün işləmək daha asan idi. Sepanq texniki və mürəkkəb trasdır, sürücünün fiziki vəziyyətinə tələbkardır, biz həmişə burda sürətli olmuşuq və indi yarışı səbirsizliklə gözləyirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*