Xeres, 15 mart

Çempionatın startına iki həftə qalmış Xeresdə mövsümöncəsi testlərin son seriyası start alıb. İspaniyaya test limitini doldurmamış dörd komanda gəlib – […]

Çempionatın startına iki həftə qalmış Xeresdə mövsümöncəsi testlərin son seriyası start alıb. İspaniyaya test limitini doldurmamış dörd komanda gəlib – McLaren, Renault, Williams və Brawn GP. İlk günün protokollarına Rubens Barrikello başçılıq edib. Braziliyalı sürücü 102 dövrə vurub.

Fernando Alonso ən yaxşı dövrəsində liderə 0.6 saniyə uduzub. Amma səhər ispan sürücü 4 dövrə vurduqdan sonra maşını divarlara çırpıb və axşama yaxın təmirdən sonra testləri davam etdirə bilib. Williams-ın test pilotu Niko Hülkenberq isə üçüncü olub.

McLaren komandası avtodroma gəlsə də, testlərə sabahdan başlayacaq, ilk günü Lyuis Həmilton, sonrakı iki günü isə Heykki Kovalaynen çalışacaq…

Nəticələr belə olub:

Pilot Komanda Motor Vaxt Dövrə
1. R.Barrikello Brawn GP Mercedes 1:19.236 102
2. F.Alonso Renault Renault + 0:00.659 33
3. N.Hülkenberq Williams Toyota + 0:00.777 69

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*