Williams FW37-nin ilk təsvirləri dərc olunub

Williams komandası 2015-ci il üçün hazırladığı yeni maşınını Xeres testlərində təqdim etməyi planlaşdırıb, amma FW37-nin ilk təsvirləri bu gün işıq […]

Williams komandası 2015-ci il üçün hazırladığı yeni maşınını Xeres testlərində təqdim etməyi planlaşdırıb, amma FW37-nin ilk təsvirləri bu gün işıq üzü görən F1 Racing jurnalının fevral sayında dərc olunub. Bundan sonra komandanın mətbuat xidməti Twitter hesabında bir neçə şəkil paylaşıb.

Əlbəttə, hər şeydən əvvəl yeni maşının burun elementi diqqət çəkir – yeni burun keçənilkinə nisbətən qısa və enlidir, maşının digər aerodinamik elementləri də yeni fəlsəfəyə uyğun hazırlanıb. Düzdür, şəkillərdən maşının bir çox detallarını sezmək olmur, amma aydındır ki, komanda keçənilki maşının zəif yerlərini aradan qaldırmağa çalışıb.

10 gündən sonra Xeres testlərində FW37 özünü trasda tam göstərəcək, hələlik isə, F-1.az sizə f1fanatic.co.uk saytına istinadən yeni maşının bir neçə təsvirini çatdırır…

willilams-02
willilams-03
willilams-04
willilams-05
willilams-06

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*