Volff: Yenilikləri tətbiq etməyə kifayət qədər pulumuz yoxdur

Ötən həftəsonu McLaren komandasının sürücüsü və hazırkı dünya çempionu Lando Norris ardıcıl ikinci qələbəsini qazanıb, Mercedes komandasının sürücüləri isə podiumda qalan iki yeri tutublar. Bununla yanaşı, Toto Volff etiraf edib ki, məhdud büdcə komandasını ləngidir və modernləşdirməni daha yüksək templə aparmağa imkan vermir.

FİA-nın statistikasına əsasən, mövsümün əvvəlindən bəri Ferrari komandası 40 texniki yenilik təqdim edib, Red Bull Racing və McLaren isə hərəsi 38, halbuki Mercedes cəmi 24 yeniliklə kifayətlənib.

“Yeniləmələri tətbiq etmək üçün hesabımızda kifayət qədər pul yoxdur, – deyə Mercedes komandasının rəhbəri bildirib. – Biz resursları bütün mövsüm boyu bərabər bölüşdürməyə çalışırıq və hesablamalarımıza əsasən ən iri texniki yenilik paketlərini nə vaxt təqdim etməyin daha düzgün olduğuna qərar veririk.

Biz sadəcə bacardığımızı edirik. Amma buna görə buna modernizasiya yarışı deyirlər ki, top-komandalar yeniləmələr hesabına hər dəfə ən azı bir neçə onluq qazanırlar, biz isə itiririk. Ona görə də indi vəziyyət ilin əvvəlində olduğundan bir qədər çətindir.

Mövsümün sonuna yaxın baxarıq, rəqiblərin maşınlarında texniki yeniliklər indiki qədər çox görünməyə davam edəcəkmi. Kimsə fərqli strategiyaya üstünlük verə bilər və ilin əvvəlində, eləcə də mövsümün ortasında son dövrlə müqayisədə daha böyük vəsait xərcləyir.

Demək olarmı ki, texnikanın modernizasiyasının ilkin mərhələsində biz həddindən artıq çox xərc çəkmişik? Mən belə düşünmürəm, sadəcə hesab edirəm ki, təşkilatımız müəyyən ölçüyə və infrastruktura malikdir. Bununla yanaşı, bizim həqiqətən sürətli maşınımız var. Amma etibarlılıq problemlərinə görə 50-dən 100-ə qədər xal itirmişik – əgər belə olmasaydı, üstünlüyümüz bir qədər daha böyük ola bilərdi.

Qalan məsələlərdə isə biz daxilində olduğumuz maliyyə reallığını nəzərə alaraq planlarımız üzrə işləməyə davam edirik”.

2026-cı ildə komandaların büdcəsi 215 milyon dollar səviyyəsində məhdudlaşdırılıb, lakin növbəti iki mövsümdə bu hədd daha 3 milyon dollar artırılacaq.

Bununla belə, McLaren komandasının rəhbəri Andrea Stella Volffun bu açıqlamalarına skeptik yanaşır: “Buna inanmaq istərdim, amma əslində inanmıram… Əminəm ki, Mercedes rəqiblərin sürətləndiyini görür və modernizasiyaya xərcləri artıracaq. Buna şübhə yoxdur və bu artıq baş verir. Şübhə etmirəm ki, onlar texniki yenilikləri tətbiq etməyə davam edəcəklər və yəqin ki, bunlar pis yeniliklər olmayacaq, amma indi ümumiyyətlə bu barədə düşünmək istəmirəm”.