20 Mart 2019, Çərşənbə - 11:22

Türkiyə yarışının keçirilməsi hökumətin qərarından asılıdır

Türkiyə yarışının keçirilməsi hökumətin qərarından asılıdır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:29 - 09 Dekabr, 2012

Biz artıq xəbər vermişdik ki, Türkiyə Qran Prisi gələn mövsüm təqvimə qayıda bilər. Dünən İstanbulda baş tutan FİA-nın Avtoİdman üzrə […]

Biz artıq xəbər vermişdik ki, Türkiyə Qran Prisi gələn mövsüm təqvimə qayıda bilər. Dünən İstanbulda baş tutan FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının iclasında gələn mövsümün təqvimə bir dəyişiklik edilib – 21 iyul tarixi hələ adı açıqlanmayan yarış üçün nəzərdə tutulub və hamı hesab edir ki, bu yarış İstanbul Parkda baş tutacaq.

Türkiyə Avtomobil İdmanı Federasiyasının başçısı Dəmir Bərbəroğlu bildirib ki, hazırda milli mərhələnin taleyi hökumətin qərarından asılıdır. Dəmir bəy gizlətməyib ki, yarış yalnız hökumətin maliyyə dəstəyi ilə baş tuta bilər…

Dəmir Bərbəroğlu: “Formula1 mərhələsi bizim ölkəmizdə artıq 7 dəfə keçirilib və biz 2013-cü ildə və sonra da bu yarışı ölkəmizə gətirmək üçün əlimizdən gələni edirik. Hamı bilir ki, yarışın təqvimə salınması və orda qalması üçün hansı şərtləri yerinə yetirmək lazımdır: hökumət səviyyəsində zəruri büdcənin təsdiqi və təminatı lazımdır. Hər şey baş nazirin qərarından asılı olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 166
Teqlər
Paylaş

logo