Toyota TF109

Bu gün çempionat iştirakçılarından ikincisi – Panasonic Toyota Racing komandası jurnalistlərə yeni maşınını təqdim edib. Təqdimat virtual olub və mərasim […]
toy1

Bu gün çempionat iştirakçılarından ikincisi – Panasonic Toyota Racing komandası jurnalistlərə yeni maşınını təqdim edib. Təqdimat virtual olub və mərasim üçün məxsusi olaraq ayrılmış www.tf109-premiere.com saytında başalyıb, amma bir qədər vaxt keçdikdən sonra ziyarətçilərin axınına tab gətirməyən sayt fəlaiyyətini müvəqqəti dayandırmalı olub. Komandanın rəsmi saytına üz tutan azarkeşlər həmin resursun da tezliklə çökməsinə nail olublar, ona görə də azarkeşlərlə yanaşı mətbuat işçiləri də texniki problemlərin həll olunmasını gözləməli olublar…

Komanda TF109-a böyük ümidlər bağlayır, uğursuz 2007-ci il mövsümündən sonra 2008-ci ildə Toyota yenidən podiuma qayıtdı və 2009-cu ildə ilk qələbəsini qazanmağı düşünür.

toy2

Con Hauett: “Formula1-də səkkiz il təcürbə toplamışıq və inamlı inkişafa nail olmuşuq. Bizim komandanın bir çox elementləri çempionatın ən yüksək standartlarına cavab verir, indi hər şeyi bir yerə cəm edib uğur qazanmaq lazımdır.

Mənim üçün məqsəd aşkardır – bu il biz komanda tarixində ilk qələbəmizi qazanmaq istəyirik, bunun üçün mütəmadi olaraq podiuma qalxmaq və stabil xal toplamaq lazımdır. Biz qələbə həsrətindəyik və buna hazırıq – buna heç bir şəkk ola bilməz. Yeni reqlament vəziyyəti bir qədər çətinləşdirir, amma digər tərəfdən uğur qazanmaq üçün əla şansdır. Bizim zəruri hər bir şeyimiz var – istedadlı və yüksək ixtisaslı personal və yüksək motivasiya.”

toy3

Tadaşı Yamaşina: “2007-ci ildə komandaya başçılıq etməyə başlayanda mən demişdim ki, ilk mövsüm mənim vəzifəm komanda ilə tanışlıqdır, növbəti ildə biz inkişaf etməli idik, bu il isə qələbə uğrunda mübarizə aparmalıyıq. Bu mənim Formula1-də üçüncü ilimdir və mən Toyota-nın ilk qələbələrini görmək istəyirəm.

Əlbəttə, biz əvvəllər də, demək olar ki, hər bir uik-end qələbə arzulayırdıq, təəssüf ki, indiyə kimi buna nail olmamışıq, amma məqəsdimiz aydındır – biz hər bir yarışda qələbə uğrunda mübarizə aparmalıyıq və qələbə qazanmaq imkanı olmadıqda podiuma qalxmalıyıq.

Mən həmişə gələcəyə nikbinliklə baxıram. Mən komandanın TF109 üzərində işindən razı qaldım, keçən il biz ciddi uğur qazanmışdıq və bu il davam etməliyik. Formula1 ciddi çağırışdır, mən hesab edirəm ki, bu il bizim yaxşı şansımız var.”

2009-cu il mövsümündə Panasonic şirkəti komandanın titul sponsoru kimi qalacaq, bu gün müqavilənin 2012-ci ilə kimi uzadılması elan olunub…

toy4

Tadaşi Yamaşina: “Biz Panasonic şirkətinə öz minnətdarlığımız bildiririk, şirkət çətin iqtisadi vəziyyətə baxmayaraq, yenə də bizim titul sponsorumuz olacaq, komanda çoxdan gözlədiyi qələbəyə nail olmaq üçün səyini ikqat artıracaq.”

Komanda əmlak bazarında məşhur olan RE/MAX Europe şirkəti ilə də müqaviləsini uzatdığını elan edib, amma itkilər də var – təqdimat mərasimində motorla iş şöbəsnin başçısının dəyişdirilməsi elan olunub. Baş motor ustası Luka Marmorini 1999-cu ildən bu şəbəyə başçılıq edirdi, indi onu Kazuo Takeuçi əvəz edəcək.

TF109 üzərində işlər hələ 2007-ci ilin oktyabrında başlayıbmış, o zaman FİA 2009-cu il mövsümü üçün reqlamenti yenicə təsdiq etmişdi. Keçən il komanda paralel olaraq iki maşın üzərində işləməli olub – cari TF108 təkmilləşdirilib və gələcək TF109 yenidən qurulub…

toy6

Paskal Vasselon: “Reqlamentdəki belə radikal dəyişikliklər zamanı siz keçənilki maşının heç bir elementindən istifadə edə bilməzsiniz. TF109-un qurulması təmiz vərəqdən başlayıb, proseslər modelləşdirilib və qərarlar qiymətləndirilib, sonra təkərlərin və aerodinamikanın potensialı müzakirə olunub, daha sonra komponovka məsələsi – asılqan elementlərinin, monokokun, ötürmələr qutusunun yeri müəyyən edilib. Bu zaman maşının baza xarakteristikası təyin olunub – ölçüləri, təkər bazası, vacib məsələ maksimum aşağı ağırlıq mərkəzinə nail olmaq idi.

Əvvəllər motor və şassi şöbələri birgə çalışırdılar, amma indi motorlar “dondurulub”, ona görə də mexanika və aerodinamikada əsas istiqamətləri təyin etdikdən sonra maksimuma nail olmaq üçün bir çox təkliflərin dərindən tədqiqi başlayır. Komyuterdə modelləşdirmə bizə bu işdə çox kömək etdi.”

toy7

Təqdimat mərasimi mühəndis və konstruktorların 15 aylıq işinə yekun vurub və yeni mərhələyə start verib – TF109 tezliklə trasa çıxacaq və komanda maşını təkmilləşdirməyə çalışacaq. Mərasimdə komandanın sas və test sürücüləri də iştirak ediblər. Heyətdə dəyişiklik yoxdur – Yarno Trulli, Timo Qlok və Kamui Kobayaşi…

toy8

Yarno Trulli: “Mən Toyota-da ən çox çıxış edən sürücüyəm və keçən il komandanın ən böyük inkişafının şahidi oldum. Komandada uzun yol keçmişəm, həm yüksəlişimiz olub, həm enişimiz, amma heç bir vaxt təslim olmamışıq və özümüzə inamı itirməmişik.”

Timo Qlok: “Son beş ildə mən müxtəlif maşınlar sürmüşəm: 2004-cü ildə Jordan, daha sonra İndyCar, GP2 maşınlar və keçən il Toyota TF108, amma mən həmişə yaxşı nəticələr göstərmişəm. Bu mənim yeni maşına nə dərəcədə tez öyrəşməyimdən xəbər verir. Ona görə də mən builki maşına adaptasiyadan da qorxmuram.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*