Təqvimin yeni versiyası olacaq?

​​BBC-nin jurnalistii Əndryu Benson təqvimin maraqlı versiyasını təqdim edib.

Jurnalistin əldə etdiyi məlumatlara görə, iyunda Kanada yarışını əvəz etməli olan Türkiyə yarışı da təxirə salınacaq, amma yarış keçənilki kimi mövsümün sonunda baş tuta bilər.

Benson bildirib ki, çox güman ki, Bakı yarışından dərhal sonra təqvimdə Fransa Qran Prisi keçiriləcək. Bundan sonra isə boşalmış yerdə iki ardıcıl Avstriya (biri Ştiriya) Qran Prisi yer alacaq.

Benson Avropa yarışlarını FOM-un mövsümün sonuna ehtiyat üçün saxladığı qənaətindədir. Çünki təqvimdə Rusiyadan sonra ardıcıl 6 (!!!) yarışın keçirilməsi böyük sual altındadır – Sinqapur, Yaponiya, Amerika, Meksika, Braziliya və Avstraliya. Böyük ehtimalla bu yarışları məhz Avropa yarışları ilə əvəz etmək lazım gələcək – FOM-un əlində hələlik Mucello, Hokkenhaymrinq və İstanbul var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*