Sürücülər eyni sayda təkər dəstləri alacaqlar

Son illərdə komandalar sürücüləri üçün hər yarışda Pirelli tərəfindən gətirilən müxtəlif təkər tərkiblərinin sayını təyin edirdilər, lakin artıq belə olmayacaq.

F-1.az bildirir ki,  FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası ötən həftə baş tutan iclasında 24-cü maddənin 2-ci bəndini dəyişdirərək 2020-ci il mövsümünün idman reqlamentinə düzəlişləri təsdiqləyib.

Yeni qaydada belə deyilir: “Sürücülərə hər bir yarışda 2 dəst Hard, 3 dəst Medium və 8 dəst Soft təkərlər veriləcək”.

Düzəliş gələn həftə Avstriyada başlayacaq mövsümün bütün yarışlarına aiddir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*