Silverstoun 2 yarış qəbul etməyə hazırdır

Bu mövsüm üçün yeni təqvim hələ yayımlanmayıb, lakin Şpilverq və Silverstounda azarkeşsiz baş tutacaq qoşa yarışlar barədə çox danışılır.

F-1.az bildirir ki, Silverstoun-un icraçı direktoru Stüart Prinql buna hazır olduqlarını təsdiq edib: “Biz çempionatın rəhbərliyi ilə bütün variantları müzakirə etmişik. Bura bir həftəsonu ərzində 2 yarış keçirmək və arıdıcl iki həftə yarış keçirmək kimi variantlar da daxildir. Hər iki halda işin öhdəsindən gələ biləcəyimizə əminəm, təcrübəmiz çoxdur. Formula1 rəhbərliyi il mümkün qədər çox yarış keçirilməsi üçün əlindən gələni edir. Mütəmadi olaraq əlaqə saxlayırıq.

Bizdən iki yarışa ev sahibliyi edə biləcəyimizi və bu yarışları azarkeşsiz təşkil etməyin mümkünlüyünü soruşdular və hər zaman da müsbət cavab aldılar. Təqvimin may ayının əvvəllərində dəqiqləşəcəyini düşünürəm. Dərhal bir neçə yarış keçirmək mümkün olmayacaqsa, çempionata başlamayacaqlar. Azarkeşləri qarşılamaq üçün işlər görməyə ehtiyac olmayacaqsa, istənilən tarix bizə uyğundur”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*