S.Domenikali: “Problemləri tez bir vaxtda həll etmək alınmayacaq”

Ferrari komandası bu gün səhərdən yeni 150° İtalia maşınına sürətin çatışmaması problemlərini təhlil ediblər, amma tezliklə məlum olub ki, problemin […]

Ferrari komandası bu gün səhərdən yeni 150° İtalia maşınına sürətin çatışmaması problemlərini təhlil ediblər, amma tezliklə məlum olub ki, problemin başlıca səbəbkarı nədir – yeni aerodinamik boruda alınan məlumatlar yarış trasındakı məlumatlarla uyğun gəlmir.

Məlum olub ki, lokal tədbirlərlə, məsələn, yeni aerodinamik çəki paylanması hazırlamaqla vəziyyəti düzəltmək mümkün olmayacaq, ona görə də Skuderiya qısa vaxt ərzində McLaren və Red Bull-a çata bilməyəcək.

Komandanın başçısı Stefano Domenikali vəziyyəti belə şərh edib: “Şübhə etmirik ki, bu uyğunsuzluğu üzə çıxarmaq vacib məsələ idi. İndi birinci növbədə məhz bu sahədə işləməliyik. Maşınlar əvvəlki kimi kifayət qədər sürətli deyillər, hərçənd, yarışda vəziyyət sıralanma turuna nisbətən yaxşı görünür.

Mən praqmatikəm, Maranelloda əməkdaşların işi bizə vəziyyəti düzəltməyə imkan verəcək, amma mən bilirəm ki, buna bir qədər vaxt lazım gələcək. Mən artıq Türkiyədə möcüzə gözləmirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*