S.Cillet: “Doninqton Formula1-ə hazırdır”

Gələn həftə Silverstoun yaxın onillikdə sonuncu dəfə Böyük Britaniya Qran Prisini qəbul edəcək – 2010-cu ildən milli mərhələ on il […]

Gələn həftə Silverstoun yaxın onillikdə sonuncu dəfə Böyük Britaniya Qran Prisini qəbul edəcək – 2010-cu ildən milli mərhələ on il müddətinə Doninqtona keçəcək, amma bunun üçün əvvəlcə təşkilatçılar öz işlərinin öhdəsindən gəlməlidirlər. Bu uik-end Doninqtonda ZZ Top, Whitesnake, Def Leppard, Slipknot və Mərilin Mənsonun iştirakı ilə rok festival keçirilib, festivala 135 min musiqi həvəskarı toplaşıb. Nəqliyyat və təşkilat problemləri yaşanmayıb, hazırda avtodroma sahiblik edən Donington Ventures şirkətinin başçısı Saymon Cillet hesab edir ki, bu tədbiri böyük məşq adlandırmaq olar…

Saymon Cillet: “Biz bir daha hamıya nümayiş etdirdik ki, Doninqton Formula1-ə hazırdır. Çoxları hesab edirdilər ki, biz tamaşaçıların çoxluğu ilə bacara bilməyəcəyik, amma hər şey yüksək səviyyədə təşkil olunmuşdu.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*