K.Eymon vəfat edib

Karyerası boyu heç bir yarışqa qalib gələ bilməməsinə baxmayaraq, ən yaxşılardan hesab olunan sabiq Formula1 pilotu Kris Eymon dünyasını dəyişib. O, uzun müddətdir ki, xərçənglə mübarizə aparırdı.

F-1.az bildirir ki, Yeni Zelandiyadan olan sürücü Formula1-də 1963-cü ildə Monako Qran Prisində debüt edib. Həmin mövsüm İtaliya Qran Prisində ağır qəzaya uğrayıb və yaxşı mövsüm keçirməyib. Növbəti mövsüm Hollandiya Qran Prisində 5-ci olaraq ilk xallarnı qazanıb.

Formula1-də ilk illərində elə də yaxşı nəticələr əldə etməyən sürücü 1966-cı ildə Le Manın 24 saatlıq marafonunun qalibi olub.

1967-ci ildə Enzo Ferrarinin dəvəti ilə Ferrari-yə gələn Eymon Lorenso Bandininin həlak olduğu Monako Qran Prisində ilk dəfə podiuma yüksəlib. 1968-ci ildə Ferrari ilə 4 yarışda poul qazanan Amon bu yarışlardan heç birini qələbə ilə başa vura bilməyib. O, növbəti il komandadan ayrılıb. Daha sonra March, Matra, Tecno, Tyrrell, BRM, Ensign və Williams kimi komandaların tərkibində yarışıb. 1976-cı ildə Formula1 karyerasını bitirib.

Formula1-də 96 yarışa çıxan Kris Eymon 11 dəfə podiuma yüksəlib. Beş yarışa pouldan başlayıb, 3 dəfə isə ən sürətli dövrənin sahibi olub. Karyerası boyu 83 xal qazanıb.

Ailəsi tərəfindən verilən açıqlamada deyilib: “Kris son illərdə xərçənglə mübarizə apardı, amma Formula1-ə olan marağını heç vaxt itirmədi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*