S.Perez boliddən razı qalıb

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, RB16B yaxşı boliddir.

F-1.az xatırladır ki, meksikalı sürücü qış testlərinə yaxşı təsir bağışlayıb və 1.30.187 zaman nəticəsi göstərib.

Serxio Peres: “Mövsümöncəsi testlər sona çatdı və bunu düşünmək dəlilik kimidir. Elə bilirəm ki, testlər hələ indi başlayır. Məncə, karyeramdakı ən qısa mövsümöncəsi testlər idi. Vaxtımız məhdud idi və çox az dövrə vurduq. Lakin sazlanmalar üzərində işlədik və davamlı inkişaf etdik. Çox həyəcanlıyam və yaxşı bolidimiz var. Boliddən yaxşı formada faydalanmaq istəyirəm.

Komanda əla işləyir və Bəhreyndə necə başlamaq yox, Əbu Dabidə necə bitirmək önəmlidir. Yarışı səbirsizliklə gözləyirəm. Addım-addım hərəkət edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*