H.Marko: İmolaya yeni paket gətirəcəyik

Red Bull komandasının idman məsləhətçisi Helmut Marko bildirib ki, hazırda ağır maşına sahibdirlər və İmolaya gətirəcəkləri yeniliklərlə bu problemi həll edəcəklər.

F-1.az xatırladır ki, Red Bull mövsümə elə də yaxşı başlanğıc edə bilməyib. Onlar ilk 3 yarışın ikisində tam heyətlə finiş görə bilməyiblər.

Helmut Marko: “Maşınımız hazırda Ferrari-dən ağırdır. 10 kiloqramlıq problemimiz var. Bu da hər dövrəyə 0.3 saniyə itirməyimizə səbəb olur. Lakin bolidi yüngülləşdirmək bahalı işdir. Həç maddi, həm etibarlılıq cəhətdən problemlidir. Büdcə limitini də düşünəndə işimiz çox çətindir. Çətin dövrdəyik.

İmolaya yeni paket gətirəcəyik. Əvvəlki yeniliklər kimi işləsə və ağırlığı azalda bilsək, Ferrari-yə yaxınlaşacağıq. Amma hər şeydən əvvəl etibarsızlıq problemini həll etməliyik. Bolidiniz sürətli olsa da, xal qazanmaq üçün yarışı bitirməlisiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*