Ş.Lekler: Problemi tapmalıyıq

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, artıq yarışı vaxtından əvvəl bitirmək istəmir.

F-1.az xatırladır ki, monakolu pilot yarışda lider gedərkən 26-cı dövrədə mübarizəni dayandırıb. Ferrari qısa müddətdən sonra bildirib ki, gənc sürücü motor probleminə görə mübarizəni dayandırıb.

Şarl Lekler: “Heç nə bilmirəm. Daha əvvəl heç bir problem yox idi. Motor birdən xarab oldu. Güc itirdim. Heyif.

Problemə baxacağıq. Bunun təkrarlanmasını istəmirik. Buna görə də tez tapmalıyıq. Çempionatda liderliyi itirdik, amma qorxusu yoxdur. Bəlkə, sonda uduzarıq, ancaq buna fikir vermirəm. Performansımız yaxşıdır və bu çox vacibdir. Gələn həftə öz vətənimdəki yarış üçün səbirsizlənirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*