23 Avqust 2019, Cümə - 02:53

Ş.Lekler: “Axmağam”

Ş.Lekler: “Axmağam”

Müəllif: Rauf Hacıyev, redaktor

20:52 - 27 Aprel, 2019

Azərbaycan Qran Prisinin sıralanma turunda favorit olan, amma ikinci sessiyada qəza edərək mübarizəni dayandıran Şarl Lekler özünü axmaq adlandırıb.

F-1.az xatırladır ki, monakolu sürücü ikinci və üçüncü sərbəst yürüşlərdə birinci yeri tutaraq, sıralanma turunda ən böyük favoritə çevrilmişdi. Lakin sıralanma turunun ikinci sessiyasında, 8-ci döngədə qəza edən Ferrari komandasının sürücüsü 10-cu yeri tutub.

Şarl Lekler: “Bu gün bu nəticəyə layiq idim. Çox məyusam. Əsl axmağam. Bunu radiodan da dedim. Sakitləşsəm də, axmaq olduğumu düşünürəm. Amma bundan dərs çıxarıb, daha güclü olmalıyam. Ümid edirəm ki, yarışda yaxşı iş görərəm. Bu gün poul mümkün idi. Hər şeyi zibil yeşiyinə atdım. Buna görə də
məyusam”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 135
Teqlər , , , , ,
Paylaş

logo