S.Abitebul: “Bu il Toro Rosso-nu qabaqlamalıyıq”

Renault Motorsport-un rəhbəri Siril Abitebul bildirib ki, bu il Toro Rosso-nu qabaqlaya bilməsələr məyus olacaqlar.

F-1.az xatırladır ki, Toro Rosso keçən mövsüm 7-ci, Renault isə 9-cu olmuşdu. Amma hər iki komanda bu ildən etibarən eyni mühərrikdən istifadə edəcək.

Siril Abitebul: “Bu il Renault üçün keçid ili olacaq. Ancaq müəyyən hədəflərimiz var. Məqsədimiz bacardıqca inkişaf etmək və 5-cilik uğrunda mübarizə aparmaqdır. Amma mübarizə zamanı bizimlə eyni mühərrikdən istifadə edən Toro Rosso-nu qabaqlamalıyıq. Çətin olacaq. Keçən il Mercedes-lə bir saniyəlik fərqi yarım saniyəyə saldıq. Bu il fərqi bir az da azaltmaq istəyirik. Mövsümü onlardan 0.25 saniyə geridə bitirə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*