Ralf Şumaher alman mətbuatına bildirib ki, onun fikrincə, FİA Melburnda baş verənlərə görə McLaren-ə qarşı iddialarını geri götürməlidir. Stüardlar artıq komandanı birinci yarışda cərimə ediblər, amma aprelin 29-da bu məsələ FİA-nın Ümumdünya Avtoİdman Şurasının iclasında da müzakirə olunacaq…
Ralf Şaumaher: “Bəlkə kimsə də yeni sanksiyalar gözləyir, amma mən hesab edirəm ki, FİA McLaren-i bağışlamalıdır və başa düşmürəm ki, niyə federasiya bu insindentdən maksimum faydalanmağa çalışır. Bütün bu olaylar gözlənilməz və maraqlı mövsümün təəssüratlarını yox edə bilər.”