17 İyul 2019, Çərşənbə - 16:53

Rolls-Royce Cullinan avtomobilinin Azərbaycanda təqdimatı baş tutub

Rolls-Royce Cullinan avtomobilinin Azərbaycanda təqdimatı baş tutub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:24 - 04 Dekabr, 2018

Yeni Rolls-Royce Cullinan avtomobilinin dünyanın bir neçə ölkəsində təqdimatından sonra Bakıda da eksklüziv gecə tədbiri zamanı ilk dəfə ictimaiyyətə nümayişi baş tutub.

F-1.az bildirir ki, Böyük Britaniyanın Bakıdakı səfirliyinin müavini Filip Börkli  təqdimatda çıxış edib.

Filip Börkli: “Britaniyanın dəbdəbəli əşyalar sənayesi ölkədə və dünyada iş yerləri yaratmağa kömək edən davamlı artan investisiya səviyyələrini göstərir. Məşhur “Ruhun ekstazı” ingilislər üçün misli bərabəri olmayan bir emblemdir və biz ilk 4×4 dartqılı Rolls-Royce avtomobilini Azərbaycana təqdim etməkdən məmnunluğumuzu ifadə edirik”.

“Rolls-Royce Cullinan gündəlik idarəetmədə universal dəbdəbə və yolda rahatlıq təklif edir. Bu yeni avtomobil hər yerdə asanlıqla idarə olunur və sahibinin cəsarət edərək seçdiyi istənilən məkanda asan idarəetməni təmin edir” – deyə, Şərqi Avropa və Mərkəzi Asiya üzrə korporativ əlaqələr şöbəsinin rəhbəri Frənk Taymənn bildirib.

 

Rolls-Royce Cullinan müştərilərin əsl yolsuzluq şəraitində dəbdəbə ilə səyahət etməsi xəyalını gerçəkləşdirmək istəklərinin cavabıdır. Buna görə də, tamamilə yeni, alüminium “Dəbdəbə arxitekturası”nda ikinci yeni Rolls-Royce olmaqla (ilki bu il təqdim olunan Rolls-Royce Phantom) Cullinan digər marka və ya modellərlə platformalar paylaşmır.

“Dizaynerlərimiz “Dəbdəbə arxitekturası”ndan istifadə edərək öz həyat tərzində məhdudiyyətləri qəbul etməyənlər üçün, sözün əsl mənasında, unikal və heç bir güzəştə yol verməyən bir nəqliyyat vasitəsi yaratmışlar” – deyə, Taymənn davam edib.

 

İndiyə kimi tapılmış ən böyük almazın şərəfinə adlandırılan hər yerdə idarə oluna bilən ilk geniş salonlu Rolls-Royce avtomobili hər hansı bir maneəni dəf etməyə və hər bir məntəqəyə çatmağa qadir, yolsuzluq şəraitində idarə olunan əvəzsiz bir avtomobildir. Bütün planetdə onlarla yol sınaqları göstərmişdir ki, avtomobil sərt ərazidə belə etibarlı şəkildə və sürətlə idarə oluna bilir. Cullinan-ın inkişaf etmiş, tənzimlənə bilən pnevmatik asqısı istər yolsuzluq şəraitində, istərsə də asfaltda üzərində istənilən yerdə məşhur Rolls-Royce “Sehrli xalçada uçuş”u standartını təmin edir. Eyni zamanda, SUV-seqmentində ilk həqiqi “üç qutulu” avtomobildir: daxili divarı baqaj bölməsindən ayrılaraq sərnişinlər üçün fərqli bir mühit yaradır.

Yeni 6.75 litrlik ikiturbinli V12 Rolls-Royce mühərriyi istənilən maneəni dəf etmək üçün lazım olan bütün yeni dörd təkərli ötürmə və tam ötürücülü sükan sistemi üçün 571 at qüvvəsi və 850 Nm fırlanma momenti təmin edir.

Əsl Rolls-Royce avtomobili olmaqla Cullinan öz sahiblərinin müxtəlif həyat tərzləri üçün xüsusi olaraq hazırlanmış “Sifarişli süita” özəlliyi təklif edir. Ən məşhur seçimlərdən biri – hər bir Cullinan sahibinin məşğuliyyətinə uyğun avadanlıq və ləvazimatın saxlanıldığı xüsusi mühərrikli bir siyirmə olan istirahət kabinəsidir. Bu siyirmə, avtomobilin arxa bölməsində yerləşir və bir düyməyə toxunmaqla asanlıqla açılır. İstirahət kabinəsinin özəlliklərindən biri də Rolls-Royce Cullinan “Baxış zalıdır” – yalnız bir düyməyə basmaqla kabinənin içində iki ədəd hərəkət istiqamətinə qarşı çevrilmiş, ən yaxşı dəridən hazırlanmış kreslolar və bir kokteyl masası ortaya çıxacaq. Baxış zalı səyahətə çıxan hər bir kəs üçün salonda ən yaxşı yerdir.

 

“Cullinan sizi cümə günü axşam sürücü ilə operaya, şənbə günü aristokratik ziyafətə, həftənin sonu isə meşədəki iqamətgahınıza aparan müqayisə olunmayan lüks şəraitdə özünüz idarə edə biləcəyiniz bir Rolls-Royce avtomobilidir” – deyə, Rolls-Royce Motor Cars Baku salonunun brend meneceri Nurlan Pənahlı vurğulayıb.

İlk müştərilər Cullinan-ı 2019-cu ilin birinci rübündə əldə edə biləcəklər.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Köşə yazıları
Mənbə
Baxış Sayı 783
Teqlər
Paylaş

logo