Roberto Mehri ABŞ-də də Mahindra ilə çıxış edəcək

Gələn həftəsonu Portlənddəki Amerika trasında ilk dəfə elektrik maşınları üzrə dünya çempionatının növbəti mərhələsi keçiriləcək - bu mərhələdə Roberto Mehri yenidən Mahindra Racing komandasında yarışacaq.

F-1.az xəbər verir ki, iyunun ilk həftəsonu Hindistan komandasının yollarını ayırmaq qərarına gəldiyi Oliver Roulandı əvəz edən 32 yaşlı ispaniyalı İndoneziyada ikiqat raundda Formula E-də bu il debüt edib. Görünür, komanda onunla əməkdaşlığı davam etdirmək qərarına gəlib, çünki Roberto özünü yaxşı tərəfdən göstərib.

Cakartada keçirilən ilk yarışda Mehri 18-ci olub, ikincidə bir pillə irəliləyib və nəticələrin özü təsiredici olmasa da, başa düşmək lazımdır ki, bu, onun Formula E-də trasda ilk real mübarizə təcrübəsi olub, çünki o, əvvəllər Mahindra M9 Electro-nu yalnız testlərdə sınaqdan keçirib.

Roberto Mehri: “Mahindra Racing ilə Portləndə qayıtdığım üçün çox xoşbəxtəm. Cakartadakı yarışlardan sonra bu maşını idarə etməkdə artıq daha çox təcrübəm var, bu, çox kömək edəcək və nəticələrimi yaxşılaşdırmaq üzərində işləməyə davam edə bilərəm. Hesab edirəm ki, Portlənddəki trasın hamı üçün yeni olması mənim xeyrimədir və bu baxımdan hamı bərabər səviyyədədir.

Mühəndislərimlə birlikdə sürücülük tərzini Formula E bolidinin unikal xüsusiyyətlərinə uyğunlaşdırmaq üçün çox çalışmışam.Növbəti yarışda işlərin necə gedəcəyini görəcəyik, amma optimistəm, inanıram ki, biz nəzərəçarpacaq dərəcədə irəliyə doğru addım ata bilərik.

Güvən və dəstəyə görə Mahindra Racing-ə təşəkkür etmək istəyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*