12 Dekabr 2018, Çərşənbə - 09:15

Rob Smedli seçim qarşısındadır: Ferrari yoxsa Racing Point?

Rob Smedli seçim qarşısındadır: Ferrari yoxsa Racing Point?

Müəllif: Rauf Hacıyev, redaktor

12:14 - 15 Noyabr, 2018

Williams ilə mövsümün sonunda yollarını ayıran Rob Smedli gələn ildən etibarən Ferrari-də işə başlaya bilər.

F-1.az bu xəbəri İtaliyanın qabaqcıl qəzetlərindən olan La Gazzetta dello Sport-a istinadən xəbər verir. Ferrari bu il bəzi yarışlarda strateji səhvlər etmişdi. Komanda rəhbəri Mauritsio Arrivabene də komandaya təcrübəli bir işçi istəyir. Qeyd edək ki, Smedli daha əvvəl Ferrari-də işləyib və italyanların heyətindən 2013-cü ilin sonunda Felipe Massa ilə birlikdə ayrılmışdı.

Xəbərə əsasən, heç nə dəqiq deyil. Cok Klia gələn il Leklerlə işləyəcəyi üçün komanda körpüsündə təcrübəli adama ehtiyac var. Bundan başqa bəzi iddialara əsasən, Rob Smedli gələn il Racing Point komandasına keçə bilər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 214
Teqlər
Paylaş

logo