12 Dekabr 2019, Cümə axşamı - 09:53

Rəsmən: Honda daha 1 il Formula1-də qalacaq

Rəsmən: Honda daha 1 il Formula1-də qalacaq

Müəllif: Rauf Hacıyev, redaktor

14:00 - 27 Noyabr, 2019

Honda şirkəti Red Bull ilə olan müqaviləsini daha 1 il uzadıb və yaponiyalı istehsalçı 2021-ci ilin sonuna qədər Formula1-də qalmağa davam edəcək.

F-1.az xatırladır ki, Honda Formula1-də qalmaqçün xərclərin azalmasının vacib olduğunu bildirmişdi. Yaponiyalılar qərar verməmişdən əvvəl 2021-ci ildəki reqlamentin yayımlanmasını gözləyirdilər. Buna əsasən də maliyyəti dəyərləndirəcəkdilər.

Honda bu gün verdiyi açıqlama ilə Red Bull və Toro Rosso ilə daha birillik müqavilə bağladığını bəyan edib. Müqavilə 2021-ci ilin sonunda bitəcək. Şirkətin Formula1-dəki gələcəyi müəmmalıdır.

Qeyd edək ki, Red Bull bu il Honda ilə 2 poul və 3 qələbə qazanıb. Toro Rosso komandasının sürücüləri isə bu mövsüm iki dəfə podiuma yüksəliblər. Yaponiyalı motor istehsalçısı idmana qayıtdıqdan sonra ilk dəfə keçən həftə Braziliyada podiumun ilk pilləsini tutmuşdu.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 74
Teqlər , ,
Paylaş

logo