15 Noyabr 2019, Cümə - 18:56

Toro Rosso niyə təqdimat tarixini dəyişib?

Toro Rosso niyə təqdimat tarixini dəyişib?

Müəllif: Rauf Hacıyev, redaktor

14:01 - 01 Fevral, 2018

Toro Rosso komandası yeni bolidinin təqdimat tarixini Ferrari-yə görə təxirə salıb.

F-1.az xatırladır ki, italiyalı “qırmızı buzovlar” əvvəlcə 2018-ci il bolidlərini fevralın 25-də təqdim edəcəklərini bildirmişdilər. Lakin daha sonra təqdimat tarixi dəyişdirilərək fevralın 26-na çəkilib. Beləliklə, Toro Rosso komandası yeni bolidini mövsümöncəsi testlərin ilk günündə təqdim edəcək.

Ferrari-nin yeni bolidi isə fevralın 22-də təqdim ediləcək, amma “qırmızılar” fevralın 25-də çəkilişlər üçün trası icarəyə götürdükləri üçün Toro Rosso komandası təqdimatı bir gün təxirə salıb.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 312
Teqlər ,
Paylaş

logo