Rəsmən: Ceyms Vavls Williams komandasına rəhbər gedib

Williams komandası Yost Kapitonun ayrılğından sonra Ceyms Vavlzı rəhbər təyin edib.

F-1.az xatırladır ki, Williams komandası 2019-cu ildə Dorilton Capitol-a satılandan sonra Yost Kapito rəhbər təyin edilmişdi. Lakin 2022-ci ilin sonunda onunla yollar ayrıldı.

Formula1-in ən titullu ikinci komandası ondan sonra rəhbər vəzifəsinə adam axtarırdı. Bu gün onlar Mercedes-in sabiq baş strateqi Ceyms Vavlsla anlaşdıqlarını açıqlayıblar.

Qeyd edək ki, britaniyalı mütəxəssis 2010-cu ildən Mercedes-də işləyirdi və “gümüşü oxlar”ın qazandığı 8 Dünya Çempionluğunda töhfəsi var idi. O, Mercedes-də son 4 ildə baş strateq kimi işləmişdi.

Ceyms Vavls: “Williams Racing ilə işləmək üçün səbirsizlənirəm. Belə tarixi komandaya gəlmək mənim üçün şərəfdir. Bu komandayaq hörmət edirəm və bu işə başlamaq üçün səbirsizlənirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*