Renault komandası Çində də xal toplaya bilməyib. Fernando Alonso ikinci yerdən start alsa da yarışı yalnız doqquzuncu yerdə tamamlaya bilib, Nelsinyo Pike isə peletonun quyruğundan qurtula bilməyib…
Fernando Alonso: “Çox yaxşı başlamış uik-endin uğursuz sonu. Komanda maşını təkmilləşdirib, mən sıralanma turunda ikinci ola bildim, amma bu gün bəxtimiz gətirmədi. Bu elə bir gündür ki, kiçik bir səhv vəziyyəti radikal dəyişir – biz hesab edirdik ki, Təhlükəsizlik Maşını hələ 10-15 dövrə trasda qalacaq, ona görə də pit-stopa getdik, amma bundan dərhal sonra restart elan olundu və biz peletonun sonuna düşmüş olduq. Bununla da yarışı uduzmuş olduq. İndi bizi Bəhreyn gözləyir, işimizi davam etdirməliyik.”
Nelsinyo Pike: “>Şərait elə pis idi ki, maşını trayektoriyada saxlamaq asan deyildi – mən bir neçə dəfə trasdan çıxdım, amma hər dəfə yarışa qayıda bildim. Düzdür, çox vaxt itirdim və nəticədə sonuncu oldum. Səbirsizliklə Bəhreyn yarışını gözləyirəm – ümid edirəm kİ, orda hava quru olacaq.”
Flavio Briatore: “Yarış qəribə alındı, biz maşının potensialından istifadə edə bilmədik. Şərait pis idi, ilk üçlükdən başqa hamıya çətin oldu. Sıralanma turunda Fernando R29-un inkişafını sübut etdi, amma hava hər şeyi alt-üst etdi.
Amma biz artıq rəqabətədavamlıyıq və Bəhreyndə artıq hər iki maşını təkmilləşdirıcıyik.”