Renault mühərrikləri etibarlı deyil?

Toro Rosso komandası Mizanoda çəkiliş günü əsnasında mühərriklə bağlı problem yaşayıb.

F-1.az xatırladır ki, Toro Rosso komandası bu mövsüm Ferrari mühərriklərindən Renault mühərriklərinə keçib. İtalyanlar 2017-ci il bolidi STR12-ni ilk dəfə bu gün trasa çıxarıblar.

Komanda FİA-nın icazə verdiyi 100 km məsafəni qət etmək istəyərkən, boliddə texniki problem əmələ gəlib və çəkiliş günü yarımçıq qalıb. Amma problemlərə baxmayaraq, lazımi qədər çəkiliş gedib.

Toro Rosso komandası problemlə bağlı heç bir açıqlama verməsə də, Britaniya mətbuatı problemin Renault-nun güc qurğusi ilə bağlı olduğunu deyib.

Problem ERS-dən əmələ gəlib və hibrid mühərrikdən birində olub. Renault problemin mövsümöncəsi testlərdə təkrarlanmaması üçün əlindən gələni edəcək…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*