Red Bull komandası Renault motorlarını almaq üçün müqavilənin şərtlərini müzakirə edir

Keçən il Red Bull komandası Mercedes motorlarını almaq istəsə də buna nail ola bilməmişdi – McLaren bu müqavilənin bağlanmasını ciddi […]

Keçən il Red Bull komandası Mercedes motorlarını almaq istəsə də buna nail ola bilməmişdi – McLaren bu müqavilənin bağlanmasını ciddi etirazını bildirmişdi və onların mövqeyi danışıqlarda həlledici rol oynamışdı. Amma bu il çempionatda Mercedes-in öz komandası var, McLaren isə müştərilərdən birinə çevrilib və Red Bull yenə də motor seçimi qarşısında qalıb.

Komandanın başçısı Kristian Horner jurnalistlərə bildirib ki, gələn mövsüm üçün Renault motorlarının təchizatı barədə müqavilənin uzadılması hər şeydən əvvəl digər motorlarla xarakteristikalarının barəbərləşdirilməsi imkanlarından asılıdır – hazırda fransalı motorlar rəqiblərinə 30 at qüvvəsi uduzur və Red Bull komandası rəqiblərinə bir daha belə böyük üstünlük evrmək istəmir…

Kristian Horner:Renault əla tərəfdaşdır. Əgər motor təchizatından danışsaq, onda bizim Ənstoundan olan komanda ilə şərtlərimiz bərabərdir, amma əvvəlki problemlər qalıb – dondurulmuş reqlament şəraitində biz üstnülüyü də görürük, geriqalmanı da.

Qəribə görünsə də, motorun gücü zəif olsa da, biz yeddi yarışda yeddi poul qazanmaqla üç qələbə əldə etmişik, amma bu yalnız mühəndislərin inanılmaz işindən xəbər verir, məhz onlar 20-30 at qüvvəsi çatışmazlığını kompensə edirlər. Biz şassinin üstünlüyündən istifadə edirik, amma iki-üç trasda şassinin üstünlüyü olmayacaq və həlledici faktor motorun gücü olacaq. Gördüyünüz kimi, üstünlüyümüzün və ya geriqalmamızın üç və ya dörd illiyə “dondurulması” ədalətsizlikdir.

Motor istehsalçıları bir araya gəlib gələcək addımlarını müzakirə etməlidirlər. Biz Renault-nun dəstəyindən razıyıq, əgər motorların güclərini bərabərləşdirmək mümkün olarsa, biz təchizatçını dəyişməyə lüzum görmürük. Mən bilmirəm ki, biz Mercedes motorlarını ala biləcəyik ya yox, amma istehsalçıların müzakirəsi bizim üçün vacibdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*