R.Barrikello: “Censon məni təəccübləndirdi”

Sərbəst yürüşlərdə Rubens Barrikello Censon Battonu qabaqlamışdı – komanda da demişdi ki, britaniyalı sürücünün maşınında yeni aerodinamik paketdən sonra problemlər […]

Sərbəst yürüşlərdə Rubens Barrikello Censon Battonu qabaqlamışdı – komanda da demişdi ki, britaniyalı sürücünün maşınında yeni aerodinamik paketdən sonra problemlər əmələ gəlib. Sıralanma turunun finalında Rubens protokollara başçılıq edib, Censon isə səkkizinci yerdə olub, amma sonuncu cəhdində o rəqiblərindən sürətli olmaqla poul qazanıb. Mətubat konfransında Barrikello bildirib ki, komanda yoldaşının poulu onu təəccübləndirib…

Rubens Barrikello: “Sıralanma turunun ikinci sessiyasında mən maşından çox razı idim, ona görə də Censonun poulu məni təəccübləndirdi – o həqiqətən əla dövrə vurdu və birinci yerə layiqdir. Mən də öz cəhdimdən razı qaldım, bəlkə geri qalmağıma səbəb dövrəni hamıdan qabaq keçəmyimdir, trasın xarakteristikası get-gedə yaxşılaşırdı.

Bizim maşınımız rəqabətədavamlıdır və sabah qələbə uğrunda mübarizə aparmağa ümid edirəm. Bu gün Censon daha böyük uğur qazandı, deməli, sabah mən daha çox işləməliyəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*