11 Dekabr 2019, Çərşənbə - 09:30

P.Zauber: “Mən artıq heç vaxt komandaya başçılıq etməyə

P.Zauber: “Mən artıq heç vaxt komandaya başçılıq etməyə

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:48 - 02 Avqust, 2009

BMW şirkəti Formula1-dən getməsini elan etdikdən sonra şayiələr gəzir ki, Sauber komandasının yaradıcısı 65 yaşlı Peter Zauber yenidən komandaya rəhbərliyi […]

BMW şirkəti Formula1-dən getməsini elan etdikdən sonra şayiələr gəzir ki, Sauber komandasının yaradıcısı 65 yaşlı Peter Zauber yenidən komandaya rəhbərliyi öz üzərinə götürə bilər. Amma BMW Sauber komandasının səhmlərinin 20%-nə sahib olan isveçərli mütəxəssis belə bir senarini istisna edir…

Peter Zauber: “Keçmiş əməkdaşlarımın iş yerlərini saxlamaq üçün əlimdən gələn hər şeyi edəcəm. Amma mən möcüzələr törədə bilmərəm. Mən artiq heç vaxt komandaya başçılıq etməyəcəm. Mən komandaya dedim ki, bütün əlaqələrimdən istifadə edəcəm, amma heç nəyə zəmanət vermirəm. Mən yalnız məsləhətçi rolunu oynayıram, qərarı isə BMW konserninin Münhen rəhbərliyi qəbul edir. Amma vaxt az qalıb, ona görə vəziyyəydən çıxış yolunu tez tapmalıyıq.

Ross Braun Honda Racing komandasını xilas edərkən istifadə etdiyi senari ən yaxşı variantdır. Axı yenidən rəqabətədavamlı maşın qura biləcək komanda təşkil etmək üçün ən azı 10 il lazımdır. Əgər biz komandanı saxlaya bilməsək, İsveçrənin belə bir imkanı olmayacaq. Hərçənd, Formula1-də 17 il ərzində mən daha ciddi problemlər də həll etmişəm.”

Britaniyanın Autosport saytının məlumatına görə, Zauber Mario Tayssenlə birlikdə artıq komandanın xilasolunma planını hazırlayır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 262
Teqlər
Paylaş

logo