Pirelli mövsümün ilk 3 yarışına tərkib seçimini elan edib

Çempionatın yeganə təkər təchizatçısı Pirelli şirkəti yeni mövsümün ilk 3 səfər yarışına gətirəcəyi slik tərkiblərini açıqlayıb.

F-1.az xəbər verir ki, mövsümün ilk yarışı Bəhreyndə italyanlar ən bərk üçlüyü seçiblər: yarışda C1 və C2 tərkibindən birinin istifadəsi vacibdir, sıralanma turu üçün C3 tərkibi vacibdir.

Bir həftə sonra Ciddədə komandalara orta üçlük təqdim olunacaq – C2 və C3 tərkibləri yarış üçün, C4 isə sıralanma turu üçün vacib olacaq.

İkiillik fasilədən sonra çempionatı qəbul edəcək Melburnda isə maraqlı seçim edilib: yarışda sürücülərin ixtiyarında C2 və C3 tərkibləri olsa da, sıralanma turu üçün ən yumşaq C5 tərkibi gətiriləcək.

Tərkiblər: С1 С2 С3 С4 C5
Bəhreyn Qran Prisi Hard Medium Soft
S.Ərəbistanı Qran Prisi Hard Medium Soft
Avstraliya Qran Prisi Hard Medium Soft
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*