Pirelli ilə müqaviləyə hər şey hazırdır

Deyəsən, FİA-nın təkər kampaniyası başa çatmaq üzrədir. PaddockTalk-un verdiyi xəbərə görə, federasiyanın nümayəndələri son qərara gəliblər ki, 2011-2013-cü illərdə dünya […]

Deyəsən, FİA-nın təkər kampaniyası başa çatmaq üzrədir. PaddockTalk-un verdiyi xəbərə görə, federasiyanın nümayəndələri son qərara gəliblər ki, 2011-2013-cü illərdə dünya çempionatının rəsmi təchizatçısı Pirelli şirkəti olacaq.

İtaliya şirkəti ilə müqavilə bağlanamsı barədə hələ Türkiyə Qran Prisi günlərində elan olunmalı idi, amma Michelin buna mane olub. Lakin fransalılar vəziyyəti dəyişə bilməyiblər.

Güman edilir ki, Pirelli Formula1-də iştirakına görə hər il 1 milyon Avro ödəyəcək və hər bir komandanı lazımi sayda təkər dəsti ilə təchiz edəcək. Xidmətlər siyahısı Bridgestone-la olduğu kimi qalacaq, amma təkər tərkibləri üçə enəcək – yumşaq, orta bə bərk tərkiblər.

Disklərin də diametri 13 düymə qalacaq, hərçənd, gələcəkdə aşağı profilli təkərlərə keçid mümkündür. Nəhayət, Pirelli GP2 seriyasının da rəsmi təchizatçısı olacaq.

Sonuncu dəfə Milan şəhərindən olan təkərlər 1991-ci ildə Formula1 maşınlarına taxılıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*