15 Noyabr 2019, Cümə - 13:54

Pirelli ABŞ Qran Prisi üçün təkər seçimini elan edib

Pirelli ABŞ Qran Prisi üçün təkər seçimini elan edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:17 - 11 İyul, 2016

Çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti ABŞ Qran Prisinə gətirəcəyi təkər tərkiblərini açıqlayıb.

F-1.az xatırladır ki, builki reqlamentə görə, şirkət Avropa yarışları üçün təkər seçimini yarışa 8 həftə qalmış elan edir, Avropadan kənarda olan yarışlara isə təkər seçimi yarışa 14 həftə qalmış elan olunur. Ona görə də bu gün təkər istehsalçısı artıq Ostin trasında keçiriləcək yarış üçün təkər tərkiblərini elan edib.

Oktyabrın sonunda baş tutacaq yarışa Pirelli mövsümdə ən çox istifadə olunan orta üçlüyünü – Medium, Soft və SuperSoft tərkiblərini gətirəcək. Bazar günü yarışın gedişində sarı (Soft) və ağ (Medium) tərkiblərinin hər hansından bir dəst mütləq istifadə olunmalıdır.

Mərhələ / TərkiblərUltraSoftSuperSoftSoftMediumHard
Markalanma rəngiBənövşəyiQırmızıSarıNarıncı
Avstraliya Qran PrisiSuperSoftSoftMedium
Bəhreyn Qran PrisiSuperSoftSoftMedium
Çin Qran PrisiSuperSoftSoftMedium
Rusiya Qran PrisiSuperSoftSoftMedium
İspaniya Qran PrisiSoftMediumHard
Monako Qran PrisiUltraSoftSuperSoftSoft
Kanada Qran PrisiUltraSoftSuperSoftSoft
Avropa Qran PrisiSuperSoftSoftMedium
Avstriya Qran PrisiUltraSoftSuperSoftSoft
Böyük Britaniya Qran PrisiSoftMediumHard
Macarıstan Qran PrisiSuperSoftSoftMedium
Almaniya Qran PrisiSuperSoftSoftMedium
Belçika Qran PrisiSuperSoftSoftMedium
İtaliya Qran PrisiSuperSoftSoftMedium
Sinqapur Qran PrisiUltraSoftSuperSoftSoft
Malayziya Qran PrisiSoftMediumHard
YaponiyaSoftMediumHard
ABŞ Qran PrisiSuperSoftSoftMedium

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 360
Teqlər , , , ,
Paylaş

logo