P.de la Rosa Barselonada ötmələrin çətinliyi barədə

Mövsümün növbəti yarışı Braselonada baş tutacaq, bu trasda adətən ötmə etmək olduqca çətindir və çox şey sıralanma turunun nəticəsindən asılı […]

Mövsümün növbəti yarışı Braselonada baş tutacaq, bu trasda adətən ötmə etmək olduqca çətindir və çox şey sıralanma turunun nəticəsindən asılı olur. McLaren komandasının test sürücüsü Pedro de la Rosa hesab edir ki, bu il mübarizə daha gərgin olacaq…

Pedro de la Rosa: “Barselona ötmə üçün ən çətin trasdır, amma yeni reqlament və son şikana yarışı tamaşaçılar üçün daha maraqlı edəcək. İndi maşının effektliyinin rəqbin arxasındakı hava axınında itkisi əvvəlki illərdə olduğu kimi çox deyil, amma ötmək əvvəllər olduğu kimi çətindir – başa düşmək lazımdır ki, Formula1 ötmək həmişə çətin olub.

Barselonada ötmələri artırmağın ən yaxşı yolu düz yolu daha 500 metr uzatmaqdır, amma bunu etmək mümkün deyil, amma yeni avtodromlarda bu faktoru nəzərə almaq lazımdır – Formula1-də ötmə üçün düz uzun yollar lazımdır ki, bu yolların sonu sərt əylənmə zonası ilə qurtarır və mübarizə şansı olur.

İspaniya Qran Prisinin vacib faktorlarından biri də təkərlərin yeyilməsi olacaq – cod asfalt təkəri ciddi yeyir, ona görə də balansı yaxşı olan, izafi və ya çatışmaz dönüşlükdən əziyyət çəkməyən maşınlar üstünlük qazanacaqlar. Sürücülər isə aqresiv olmamalıdırlar, əks halda uzun məsafədə təkərin yeyilməsindən əziyyət çəkəcəklər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*