P.Sauber: Zaydlın gəlişi doğru qərardır

Sauber komandasının sabiq sahibi Peter Sauber bildirib ki, Andreas Zaydlın gəlişi doğru addımdır.

F-1.az xatırladır ki, Frederik Vassyör Sauber-dən ayrılaraq, Ferrari-yə gedib. McLaren-dən Andreas Zaydl isə Sauber Qrupun idarə heyətinin sədri olub.

Peter Sauber: “Bu Sauber üçün əla qərardır. Orada onu çətin vəzifə gözləyir, amma Vassyörə təşəkkür etməliyik. Altı il əvvəl Sauber pis vəziyyətdə olanda ora gəldi. İndi isə komanda altıncı yer uğrunda mübarizə aparır”.