Nyui: Xallar əməkdaşlarımız üçün dəyərli mükafatdır

Niderland mərhələsinə Aston Martin şassi və güc qurğusunu yeniləmiş halda gəlmişdi və komanda irəliləyişə ümid edirdi. Nəticədə, Fernando Alonso mövsümdəki ən yaxşı nəticəsini göstərib…

Ədrian Nyui: “Yarış qırmızı bayraqlarla dayandırılanda restartdan əvvəl Fernandonun maşınına yeni Soft təkər dəsti taxdıq. Düzgün pilotaj sayəsində o, həmin dəstlə yarışın təxminən yarısını qət edə bildi. Nəticədə bir pit-stopla kifayətləndik – xal qazanmaq üçün yeganə şansımız bu idi.

Yalnız son dövrələrdə Fernando Qaslinin təzyiqi ilə üzləşdi, amma 9-cu yeri qoruyub saxlamaq və iki vacib xal qazanmaq üçün tempimiz yetərli idi.

Lənsdə idarəetmə ilə bağlı problemlər yarandı – onların maşının zədələnməsi ilə bağlı ola biləcəyindən şübhələnirik və onu mübarizədən dayandırmalı olduq.

Bu gün qazandığımız xallar bütün əməkdaşlarımızın səylərinə verilən dəyərli mükafatdır. Son aylarda nəticələrimizi yaxşılaşdırmaq üçün böyük əzmlə çalışan Silverstoundakı bütün komandaya təşəkkür etmək istəyirəm”.