N.Rosberq: “Biz əsl Ferrari-ni görməmişik”

Mercedes AMG komandasının sürücüsü Niko Rosberq bildirib ki, Ferrari bu mövsüm hələ tam gücünü göstərə bilməyib...

F-1.az xatırladır ki, Rosberq mövsümə əla başlayıb və ilk iki yarışı qələbə ilə başa vurub. Ancaq almaniyalı sürücü qeyd edib ki, onlar Ferrari ilə aralarındakı güc fərqini hələ görməyiblər: “Yarışda ehtiyatlı davrandım. Strategiyanı düzgün dəyərləndirdik və riskləri azaltdıq. Pit-stoplarda səhv etmədik və 25 xal qazandıq.

Kiminin tempi əla idi. Biz bilirik ki, Ferrari ilə aramızdakı fərq azdır və biz liderliyimizi davam etdirmək üçün çox işləməliyik.

Ferrari komandası bu mövsüm çoxlu problemlər yaşayır və bu, onlara baha başa gəldi. Bis əsl Ferrari-ni görə bilmədik. Biz qırmızı avtomobillərdən ehtiyat etməliyik, çünki fərq sürətlə bağlanır”.

Niko Rosberq ilk iki yarışda komanda yoldaşı Lyuis Həmiltona 17 xal fərq ata bilib. Rosberq bu barədə də danışıb: “Hələ çempionluq barəsində düşünmürəm. Biz əvvəlcə strategiyamızı müəyyənləşdirəcəyik və daha sonra qarşıdan gələn yarışlara fokuslanacayıq.

Belə güclü bolidimiz olduğu üçün özümü xüsusi bir adam kimi hiss edirəm və mən bilirəm ki, Çində də qələbə uğrunda mübarizə aparacayıq.

Qazanmaq əla hissdir. Komanda ilə qazandığın xalları qeyd etmək də gözəldir. Mövsümə əla başladıq və biz indi bu anı yaşamalıyıq və qələbədən həzz almalıyıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*