M.Uitmarş: “Yeni reqlament adət etdiyimiz qüvvələr nisbətini dəyi

SpeedTV telekanalına müsahibəsində Martin Uitmarş çempionatdakı qüvvələr nisbətini radikal dəyişən reqlamentdəki yeniliklərin nəticəsindən danışıb. Uzun illər Ferrari və McLaren demək […]

SpeedTV telekanalına müsahibəsində Martin Uitmarş çempionatdakı qüvvələr nisbətini radikal dəyişən reqlamentdəki yeniliklərin nəticəsindən danışıb. Uzun illər Ferrari və McLaren demək olar ki, ilk cərgələrdə mübarizə aparırdılar, amma keçən il bu iki güclü komanda keçənilki qarşıdurmaya çox qüvvə sərf etdilər, onların rəqibləri isə həmin vaxt yeni maşın üzərində çalışırdılar və nəticədə liderlər autsayderlərə çevriliblər…

Martin Uitmarş: “Yeni reqlament adət etdiyimiz qüvvələr nisbətini dəyişib. Maşınlar müxtəlifdirlər – ancaq diffuzorlara mühəndislər iki qarşı metodla yanaşıblar, çoxları yeni maşınlarla uzun müddət işləyiblər və aşkar üstünlüyə nail olublar, beləliklə də bizi və Ferrari-ni qabaqlayıblar. Biz geriqalmanı ləğv etmək üçün əlimizdən gələni edirik, amma Formula1 üçün vəziyyət qeyri-adidir – reqlamentdəki yeniliklər bəzi komandalara həmişə üstünlük verir.

Hələlik demək çətindir ki, bu yeniliklər ötmələrin sayını artıtıbmı? Amma digər komandalar liderlərə çatdıqca mübarizə daha maraqlı olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*