Melburn gecə yarışına hazırdır

Melburndakı yarış avropalı azarkeşlər üçün əlverişsiz vaxtda - səhər tezdən başlayır. Yarışın promouterləri gecə yarışı keçirməyə hazırdırlar.

F-1.az xəbər verir ki, onlar gecə yarışını indi yox, bir neçə il sonra təşkil etmək barədə düşünürlər.

Pol Littl, Avstraliya Qran Prisinin rəhbəri: “Mən gecə yarışının keçiriləcəyini istisna etməzdim. Mümkün olsa, Formula1-ə daha çox diqqəti cəlb edəcək heyrətamiz bir tamaşa görəcəyik. Azarkeşlər onu daha əlverişli vaxtda canlı izləyə bilsələr, televiziya tamaşaçılarının daha çox olacaq.
İndi biz istəsək də gecə yarışını keçirə bilmirik. Bunun üçün maliyyə tapmalıyıq, süni işıqlandırma sistemi qurmalıyıq. Amma qərar verilsə, bir neçə ildən sonra biz onu həyata keçirə biləcəyik”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*