Mayami-2022: Həftəsonuna hava proqnozu

Mayamidə baş tutacaq həftəsonu üçün olan hava proqnozları leysan yağışlı və isti hava vəd edir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü mülayim cənub küləyi əsəcək, temperatur +30 dərəcəyə çatacaq, yağıntı ehtimalı isə 23%-dir.

Günəşli hava gözlənilən şənbə günü isə külək cənub-şərqdən əsəcək. Yağıntı ehtimalı az da olsa, var.

Bazar günü termometrlər +32 dərəcəni göstərəcəklər. Külək əsəcək və güclü yağış gözlənilir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*