Marşallar əlcək geyinəcəklər?

Mühəndislərin, sürücülərin və tras personalının KERS-dən təhlükəsiz istifadə olunmasına əminliyi yoxdur. Bəlkə də adi halda heç bir problem yoxdur, amma […]

Mühəndislərin, sürücülərin və tras personalının KERS-dən təhlükəsiz istifadə olunmasına əminliyi yoxdur. Bəlkə də adi halda heç bir problem yoxdur, amma hələlik heç kim deyə bilməz ki, KERS akkumulyatorları özlərini qəza zamanı necə aparacaq və ya korpusun zədələnməsi zamanı təhlükəli gərginlik korpusa ötürüləcəkmi? İlk tərəddüdlər Xeresdə iyul testlərində əmələ gəlmişdi, o zaman BMW Sauber-in mexaniklərindən biri trasdan boksa qayıdan maşına əli ilə toxunduqda onu gərginlik vurmuşdu. Bundan sonra maşınlarda təhlükə simvolu peyda oldu, komandaların personalı isə rezin əlcəklərə keçdilər, bəs trasda durub maşınların evakuasiyası ilə məşğul olan marşallar nə etsinlər?

Qran Prilərin çoxunda trasda duran marşallar – könüllü volontyorlardır, onlar uik-enddən əvvəl xüsusi təlimat keçirlər və işə başlayırlar. Deyilənlərə görə, bu ildən marşallara da rezin əlcəklər veriləcək, lakin Silverstoun trasının əməkdaşalrından biri GPUpdate-in jurnalistinə şübhələrini bildirib: “Böyük Britaniya Qran Prisi günlərində təhlükəsizlik zonalarında 350 adam işləyir və mən inanmıram ki, onların hamısı rezin əlcək alacaq. Mənə bu real görünmür.”

KERS-in debütü bizə hələ çox sürprizlər gətirəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*