Manyi Kur sahibini dəyişib və Qran Prini qaytarmağa çalışır

Yas Marina avtodromunun ardınca daha bir avtodrom da sahibini dəyişib. Fransanın 1991-2008-ci illərdə milli Qran Priləri qəbul etmiş Manyi Kur […]

Yas Marina avtodromunun ardınca daha bir avtodrom da sahibini dəyişib. Fransanın 1991-2008-ci illərdə milli Qran Priləri qəbul etmiş Manyi Kur trası yarış dünyasında məşhur olan iki adamın əlinə keçib.

Trasın sahibi olan firmanın səhmlərinin üçdə birini 79 yaşlı Gi Lijye alıb. O əvvəllər Formula1-in sürücüsü olub (amma ayddaqalan nailiyyəti yoxdur), sonralar isə məhz Manyi Kurda bazası olan öz komandasına başçılıq edib. 1996-cı ildə Ligier komandasını Alen Prost almış və yeni ad altında komanda daha beş il çempionatda iştirak etmişdi.

İndi isə Lijye trasın həmsahibi olub – Le Journal du Centre jurnalının bildirdiyinə görə, səhmlərin dəyəri cəmi 400 min Avro olub. Fransalı mütəxəssis birinci addım kimi avtodroma yeni icraçı direktor təyin edib – 57 yaşlı Serj Solnye, əvvəllər o müxtəlif seriyalarda Peugeot komandasına başçılıq edib, amma bu yaxınlarda vəzifəsindən kənarlaşdırılıbmış.

Serj Solnye: “Mən Peugeot-ya üç əvvəl gəldim və əsas məqsədimiz Lə Manın 24 saatı yarışında qələbə qazanmaq idi. Keçən yay bunu edə bildik və mən başa düşdüm ki, bu tarix arxada qaldı, indi nəsə yeni bir məşğuliyyət tapmaq lazımdır. Mənim üçün manyi Kur yarış həyatının bir hissəsidir. ilk dəfə bura mən 18 yaşında gəlmişəm, o zaman Jak Laffitin mexaniki işləyirdin. Burda mən yarış məktəbində məşğul olmuşam, sonra özümün Saulnier Racing komandasını qurmuşam. Hətta öz həyat yoldaşımı da mən bu trasda tapmışam.”

Fransalı mütəxəssisin sözlərinə görə, hər şeydən əvvəl o avtodromu gəlirli müəssisəyə çevirmək, daha sonra isə Qran Prini qaytarmaq istəyir…

Serj Solnye: “Gi Lijye hesab edir ki, Fransa Qran Prisini keçirmək bizim üçün vacibdir, elə biz də düşünürük ki, Formula1 Manyi Kuru birdəfəlik tərk etməyib. Son vaxtlar Paris Qran Prisi aktiv müzakirə olunsa da, bu layihə siyasi və maliyyə baxımından mümkün deyil. Biz isə artıq 2012-ci ildə Qran Prini qaytarmağa çalışacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*