21 Yanvar 2019, Bazar ertəsi - 22:55

Manor ilk dəfə maşınında motoru işə salıb

Manor ilk dəfə maşınında motoru işə salıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:43 - 27 Mart, 2015

Bu gün Manor komandasının boksundan çoxdan gözlənilən səs eşidilib – komanda mövsümdə ilk dəfə maşınında motoru işə salıb. F-1.az xatırladır […]

Bu gün Manor komandasının boksundan çoxdan gözlənilən səs eşidilib – komanda mövsümdə ilk dəfə maşınında motoru işə salıb.

F-1.az xatırladır ki, komanda iki həftə əvvəl Melburna gəlsə də, hər iki maşınını boksda göstərsə də, motoru işə sala bilməmişdi və heç bir sessiyada trasa çıxmamışdı. Komanda əmindir ki, sabah Roberto Merhi və Uill Stivens sərbəst yürüşlərdə trasa çıxacaqlar.

Komanda keçənilki Ferrari motorlarından istifadə edir. Motorun işəsalınma anı komandanın tvitter səhifəsində yer alıb…

Uill Stivens: “İndi vəziyyət Melburnda olduğundan çox yaxşıdır, biz ümid edirik ki, bu həftə bütün sessiyalarda iştirak edəcəyik. Əsas odur ki, irəliyə doğru addım-addım irəliləyirik, komandanın hazırladığı plana əməl edirik. Hələ məqsədlərimizi açıqlamaq tezdir, baxaq görək necə alınacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 420
Teqlər , , ,
Paylaş

logo