M.Masi ölüm təhdidləri alıb

FİA-nın sabiq yarış direktoru Maykl Masi bildirib ki, ölüm təhdidləri alıb.

F-1.az xatırladır ki, avstraliyalı yarış direktoru 2021-ci ilin Əbu Dabi yarışında qalmaqallı qərar vermiş və nəticədə Həmilton 8-ci titulunu qazana bilməmişdi. Bundan sonra Masinin bu hərəkəti söz-söhbətlərə səbəb olmuş və FİA onu yarış direktoru vəzifəsindən azad etmişdi. Lakin Maykl iyulun əvvəlində tamamilə FİA-dan ayrılıb.

Maykl Masi: “Dünyanın ən çox nifrət edilən adamı kimi hiss edirəm. Mənə deyirdilər ki, səni və ailəni öldürməyə gəlirik. Aldığım mesajlar şok edici idi. Mənə qarşı irqçilik edildi və söyüşlər söyüldü. Yer üzündəkinbütün söyüşləri eşitdim. Həm Facebook-dan, həm də Linkedin-dən oxşar mesajlar alırdım.

Bu hadisələr məni daha da gücləndirdi. Yenə də yalnız qalmaq istədim. Bu hadisəni geridı qoymaq çətin oldu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*