14 Dekabr 2019, Şənbə - 15:20

Çarli Uaytinqə əvəzedici tapılıb

Çarli Uaytinqə əvəzedici tapılıb

Müəllif: Rauf Hacıyev, redaktor

12:20 - 14 Mart, 2019

FİA bu gün səhər dünyasını dəyişən yarış direktoru Çarli Uaytinqin əvəzinə bir yarışlıq Maykl Masini gətirib.

F-1.az xatırladır ki, FİA-nın yarış direktoru Çarli Uaytinq martın 14-də səhər saatlarında ağciyər emboliyasına görə dünyasını dəyişib. Beynəlxalq Avtomobil Federasiyası mövsümün ilk yarışı üçün Uaytinqin əvəzinə Maykl Masini təyin edib.

Qeyd edək ki, Masi daha əvvəl Avstraliya Superkar yarışlarında yarış direktorunun köməkçisi vəzifəsində işləyib. Masi bu vəzifəni Skot Elkinslə birlikdə icra edəcək, eyni zamanda F2 və F3 yarışlarının da direktoru olacaq.

FİA bu barədə belə açıqlama verib: “Yarış direktoru, təhlükəsizlik nümayəndəsi və yarışın startını verəni Çarli Uaytinqdir. Amma FİA-nın beynəlxalq qanunlarının 11.9.3b maddəsinə əsasən Avstraliya Qran Prisində bu vəzifə Maykl Maziyə tapşırılacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 223
Teqlər ,
Paylaş

logo