Rəsmən: Maykl Masi FİA-dan ayrılıb

FİA bu gün verdiyi açıqlamada bildirib ki, Maykl Masi tamamilə onların sırasını tərk edib.

F-1.az Xatırladır ki, Masi 2019-cu ildə Çarli Vaytinqin ölümündən sonra Formula1-in yarış direktoru olaraq təyin edilmişdi. Lakin keçən ilin Əbu Dabi yarışında qaydaları düzgün yerinə yetirmədiyi üçün vəzifəsindən uzaqlaşdırılmışdı.

Buna baxmayaraq, FİA onu başqa vəzifələrdə işlətmək istəyirdi. Lakin belə görünür ki, Masi bunu qəbul etməyib və istefa verib.

FİA bu barədə belə açıqlama verib: “Maykl Masi ailəsinə daha yaxın olmaq və karyerasında yeni səhifə açmaq üçün Avstraliyaya köçür və FİA-dan ayrılır. Ona uğurlar arzu edirik”.

Masinin növbəti iş yerinin hara olacağı dəqiq deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*